• cümə, 29 Mart, 04:28
  • Baku Bakı 7°C

Amerika azərbaycanlılarından həmrəylik nümunəsi

12.12.14 15:47 1596
Amerika azərbaycanlılarından həmrəylik nümunəsi
Amerikanın ən qədim bayramlarından sayılan “Thanksgiving Day” (Təşəkküretmə Günü) bayramında okeanın o tayında yaşayan soydaşlarımız da yaxından iştirak edib. Belə ki, Hyustonda fəaliyyət ğöstərən AACA (Azerbaijan American Cultural Aliance) Azərbaycan Amerika Mədəniyyət Alyansı tərəfindən “Thanksgiving” səyahət proqramı təşkil olunub. Bu barədə məlumat verən AACA üzvü Samir Novruzov bildirib ki, Arkansas ştatına təşkil edilmiş səyahətdə 17 azərbaycanlı ailəsindən 70-ə yaxın insan iştirak edib: “Bu bayram orada yaşayan azərbaycanlılar üçün yeni bir adət olsa da, onlar həmin günləri boyük maraqla keçirirlər. De Gray Lake resortunda dörd ğünlük istirahət proqramı altında amerikalı həmvətənlərimiz bu bayramı böyük sevinc və həmrəylik ruhunda qarşilayıblar”.
Tədbirdə çıxış edən AACA-nın direktoru İsmayıl Əhmədov bildirib ki, sayına ğörə rekord vurmuş, 70-ə yaxın azərbaycanlıların belə uzun proqram altında, evlərindən kənarda könüllü surətdə bir yerə yığılması bizim millətin birliyinə daha bir ğözəl nümunədir

banner

Oxşar Xəbərlər