• cümə, 19 Aprel, 09:15
  • Baku Bakı 13°C

Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb

29.10.20 12:30 426
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb
Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) oktyabrın 28-də işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumu ilə bağlı Tramp administrasiyasını, media şəbəkələrini, tanınmış rəsmi şəxsləri və ictimai xadimləri məlumatlandırmaq üçün məktub kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət KomitəsindənAPA-ya verilən məlumata görə, məktubda qeyd edilir ki, raket hücumu nəticəsində 21 nəfər həlak olub, 60-dan çox şəxs yaralanıb, xeyli sayda yaşayış ərazilərinə, mülki obyektlərə ciddi ziyan dəyib.
"Ermənistan Respublikasının ərazisindən edilən raket hücumunun şəxsən Ermənistanın Müdafiə naziri David Tanoyanın sifarişi ilə edildiyi bildirilir. Döyüş meydanında Azərbaycan ordusuna uduzan Ermənistan, Azərbaycanın çevik cavab tədbirlərinə davam gətirə bilməyərək genişmiqyaslı regional müharibəyə başlamaq qərarı verib.
Sizdən xahiş edirik ki, bu qısa məktubu seçilmiş rəsmilərə, Tramp administrasiyasına və media şəbəkələrinə göndərməklə onları Ermənistanın təcavüzkar hərəkətləri
və beynəlxalq hüququ pozması ilə bağlı məlumatlandırasınız”, - deyə məktubda bildirilir.

banner

Oxşar Xəbərlər