• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

AMEA prezidenti seçkilərində Akif Əlizadədən başqa namizədlər irəli sürüləcəkmi?

05.06.18 09:03 563
AMEA prezidenti seçkilərində Akif Əlizadədən başqa namizədlər irəli sürüləcəkmi?
"Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz iyunun 8-də keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçkilərində Akif Əlizadəyə tam dəstək verəcək".
Bunu Trend-ə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın prezidenti seçkilərində hazırkı prezident Akif Əlizadədən başqa namizədlərin irəli sürülüb-sürülməyəcəyinə münasibət bildərərkən deyib.
İ.Həbibbəylinin sözlərinə görə, akademik A.Əlizadə ötən 5 il ərzində AMEA-ya uğurla rəhbərlik edib.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, A.Əlizadə Akademiyanı durğunluq dövründən çıxararaq onu islahatlar mərhələsinə çatdırıb, onun rəhbərliyi ilə elmin fundamental və tətbiqi sahələri genişləndirilib, inkişaf edib:"Mən Akademiyanın üzvü olaraq, yalnız Akif Əlizadənin namizədliyi haqqında düşünürəm. Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz də Akif Əlizadəyə növbəti seçkilərdə tam dəstək verəcək. İnanıram ki, AMEA-nın digər üzvləri də Akademiyanın növbəti 5 il ərzində Akif Əlizadənin rəhbərliyi altında inkişaf etməsini istəyirlər”.
Qeyd edək ki, iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.
banner

Oxşar Xəbərlər