• cümə, 19 Aprel, 14:18
  • Baku Bakı 25°C

AMEA-nın tədqiqatçıları və elmi işçiləri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb

22.11.17 15:50 2411
AMEA-nın tədqiqatçıları və elmi işçiləri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb
Azərbaycan Milli Elmlər Akademiyasında tədqiqatçıların və elm ictimaiyyətinin nümayəndələrinin İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılması məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və qəbul edilmiş strateji sənədlər barədə məlumat verib, kiçik və orta sahibkarlığın dəstəklənməsi və bu istiqamətdə innovasiyalara investisiya qoyuluşlarının artırılmasının əsas strateji istiqamət olduğunu qeyd edib. Bildirilib ki, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədilə müsabiqə elan edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, AMEA-nın Yüksək Texnologiyalar Parkının Biznes inkubator şöbəsinin müdiri Vüsal Suleymanlı innovasiyaların vacibliyi və innovativ fəaliyyətin əhəmiyyəti, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar Hüseynova ASAN xidmətin layihəsi olan "İdea Bank”ı vasitəsilə layihələrin qəbulu və "İdea Bank”ın imkanları barədə məlumat verib.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
banner

Oxşar Xəbərlər