• çərşənbə, 24 Aprel, 13:36
  • Baku Bakı 27°C

AMEA-nın Qafqazşünaslıq İnstitutu ili uğurla başa vurur

10.12.18 12:51 544
AMEA-nın Qafqazşünaslıq İnstitutu ili uğurla başa vurur
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilib.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı qurumun 2018-ci ildə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib. Bildirilib ki, institut hesabat ilində Prezident İlham Əliyevin AMEA-nın elmi müəssisələrinə aid olan sərəncamlarını, dövlət proqramlarını, Nazirlər Kabinetinin qərarlarını və AMEA-nın prezidentinin sərəncamlarını yerinə yetirib. İnstitutda 2018-ci ildə 1 elmi istiqamət, 5 mövzuya dair 18 tədqiqat işi aparılıb. Ötən illə müqayisədə 2018-ci ildə institut məhsuldar elmi fəaliyyəti ilə seçilib. Belə ki, əgər 2017-ci ildə institut əməkdaşlarının 2 kitabı nəşr edilmişdisə, bu il çap edilən kitabların sayı 5 olub. Ötən ildə dərc edilən məqalələrin sayı 66 idisə, bu il 104, xaricdə dərc edilən məqalələrin sayı 24 idisə, bu il 40 olub.
Əməkdaşların məqalələri əgər 2017-ci ildə 9 xarici ölkədə dərc edilmişdisə, 2018-ci ildə bu rəqəm 11-ə çatıb. Ötən il impakt faktorlu jurnallarda 1 məqalə dərc edilmişdisə, hesabat ilində onların sayı 2 olub. Qəzetlərdə və internet saytlarında dərc olunan məqalələrin sayı keçən illə müqayisədə artaraq 64-ə yüksəlib. Ümumilikdə isə institut əməkdaşlarının əsərlərinin sayı əgər keçən illə müqayisədə artaraq bu il 173-ə çatıb.
İnstitut alimlərinin əsərləri xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edib. Belə ki, Musa Qasımlının əsərlərinə Böyük Britaniya alimləri 3, Fransa alimləri 1, Türkiyə alimləri 4 dəfə istinad ediblər.
Hesabat ilində institut əməkdaşları Azərbaycan qafqazşünaslıq elmini xaricdə layiqincə təmsil ediblər. İnstitutun əməkdaşları beynəlxalq və respublika elmi konfranslarında 75 məruzə ilə çıxış ediblər. İnstitutda Azərbaycan, Rusiya, Türkiyə, İran, Qazaxıstan, Çex Respublikası, Niderland Krallığı, Estoniya, Ukrayna və Gürcüstandan 201 alim və tədqiqatçının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Qafqaz ölkələrinin geosiyasi şəraiti, regionda baş verən siyasi, sosial-iqtisadi və başqa proseslər, Qafqazda münaqişələr və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə və digər problemlərə həsr olunmuş 179 məruzə 20 bölmə iclasında müzakirə edilib.
İnstitut "Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı da keçirib.
Qafqazşünaslıq İnstitutununwww.institutecaucasusstudies.orgsaytı fəaliyyət göstərir.
İnstitutun 3 dildə nəşr ediləcək "Qafqazşünaslıq” adlı elmi jurnalı beynəlxalq indeks alıb. Bu, ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.
İnstitut əməkdaşı Elnur Kəlbizadə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilmiş müsabiqədə I yerə layiq görülüb. Elmi müəssisənin digər əməkdaşı Əliyar Əzimov isə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi "Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədilə Avropa Parlamentində (Brüssel şəhəri) təcrübə proqramı” üçün keçirilən müsabiqədə Belçika Krallığının Brüssel şəhərində Avropa Parlamentində təcrübə proqramında iştirak etmək hüququ qazanıb.
banner

Oxşar Xəbərlər