AMEA-nın elmi ekspedisiyaların təşkili sahəsində səlahiyyətləri müəyyənləşdirilib

AMEA-nın elmi ekspedisiyaların təşkili sahəsində səlahiyyətləri müəyyənləşdirilib

Cəmiyyət
30 Aprel 2017, 09:50 705
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi ekspedisiyaların təşkili sahəsində səlahiyyətləri müəyyənləşdirilib.
 
APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”a dəyişiklik edib.
 
Beləliklə, AMEA elmin müxtəlif sahələri üzrə ölkə ərazisində və xaricdə çöl təcrübələri və elmi ekspedisiyalar təşkil edir, ekspedisiya və çöl təcrübələrinin işinə nəzarət edir, çöl təcrübələrinin və ekspedisiyaların nəticələrinə dair hesabatlar hazırlayır.