AMEA-nın adlı mükafatları təqdim olunub

AMEA-nın adlı mükafatları təqdim olunub

Cəmiyyət
28 Aprel 2017, 14:10 771
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2016-cı il üzrə və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olunub.APA-nın xəbərinə görə, fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyevə AMEA-nın Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayevə AMEA-nın Həsən bəy Zərdabi, professor Tofiq Bakıxanova AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, AMEA-nın müxbir üzvü Zakir Qarayevə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları verilib.
 
Akademik Vaqif Fərzəliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına, akademik Vasif Babazadə AMEA-nın akademik Musa Əliyev adına, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına mükafatı ilə təltif olunublar.