• cümə, 26 Aprel, 11:59
  • Baku Bakı 12°C

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər

29.11.16 18:11 786
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər
AMEA Naxçıvan Bölməsinin Bioresurslar və Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları Naxçıvan şəhəridə yerləşən Xatirə Muzeyini ziyarət ediblər. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Kaspi”yə bildirilib ki, Xatirə Muzeyi haqqında bölmə əməkdaşlarına muzeyin fond müdiri Aynurə Məhərrəmova ətraflı məlumat verib. O, bildirib ki, muzeyin ekspozisiyası tarix üzrə dövrləşdirilərək yaddaşları bərpa edən zəngin eksponatlar vastəsilə Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırım və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının fotoşəkilləri və şəxsi əşyaları nümayiş olunur. Qeyd olunub ki, muzeydə 1905-1907 və 1918-1920-ci illərə aid eksponatlar ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım hadisələrini əks etdirir. Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərində, o cümlədən Babək, Sədərək, Şahbuz, Culfa rayonunun və digər yaşayış məntəqələrində minlərlə günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bu məlumatlar da muzeydə öz əksini tapır.

Muzeydə nümayiş olunan eksponatlar arasında 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə ön cəbhədə döyüşmüş naxçıvanlılar haqqında, onların keçdiyi döyüş yolları ilə bağlı məlumatlar da yer alıb. Sərgilənən eksponatlar sırasında həmçinin 1948-1953-cü illər, eyni zamanda 1988-ci ildən başlayaraq 1994-cü ilə kimi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri deportasiya və soyqırım faciələri öz əksini tapır. Qeyd edək ki, erməni təcavüzünün qarşısını almaq məqsədi ilə Azərbaycanın bütövlüyü uğrunda müharbəyə getmiş və qəhrəmancasına şəhid olmuş Vətən övladlarının fotoşəkilləri, onların şəxsi əşyaları muzeyin diqqətçəkən eksponatlar arasındadır.

XX əsrin faciəsi hesab olunan Xocalı soyqırımına aid eksponatlar da ayrıca bir bölmədə nümayiş olunur. Burada soyqırım haqqında məlumatlar, o cümlədən günahsız insanların başına gətirilən müsibətlər fotoşəkillərin dili ilə muzeyi ziyarət edənlərin diqqətinə çatdırılır.

Muzeydə erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım faciələrinin bir daha təkrar olunmaması, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında ümummilli lider Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda Ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər də nümayiş etdirilən eksponatlar sırasındadı.


banner

Oxşar Xəbərlər