AMEA Naxçıvan Bölməsinin əməkdaşı “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılova
Azərbaycan Yazıçılar Birliyinin və "Ədəbiyyat qəzeti”nin
təsis etdiyi "Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.
Bu
günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda mükafatın
təqdimat mərasimi keçirilib.
"Ədəbiyyat”
qəzetinin baş redaktoru Azər Turan mükafatı gənc tədqiqatçıya təqdim edib, ona
gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd
edək ki, Nərgiz İsmayılova "Ədəbiyyat qəzetin”də davamlı olaraq esse, pritça, təhlil,
araşdırma və tənqidi məqalələrlə çıxışlar edir.
Nərgiz
İsmayılova sözügedən tədbirdə mükafat alan yeganə qadın olmaqla birlikdə
Naxçıvan Muxtar Respublikasına bu mükafatı gətirən ilk yazardı.