• cümə, 19 Aprel, 13:11
  • Baku Bakı 25°C

AMEA magistraturaya qəbul olanlara müraciət edib

22.06.17 14:40 998
AMEA magistraturaya qəbul olanlara müraciət edib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.
Akademiyadan Trend-ə verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olunmuş bakalavrlar iyunun 29-dan iyulun 10-dək AMEA-da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, AMEA magistraturaya qəbulu 2015-2016-cı ildən aparmağa başlayıb.
Bu il 6233 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.
banner

Oxşar Xəbərlər