AZE | RUS | ENG |

AMEA kollektivi prezident seçkiləri ilə əlaqədar bəyanat qəbul edib

AMEA kollektivi prezident seçkiləri ilə əlaqədar bəyanat qəbul edib
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı toplantı keçirilib.
 
APA-nın xəbərinə görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov elm sahəsində aparılan islahatlardan danışıb.
 
Akademik Azərbaycan prezidenti İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. T. Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
 
AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə isə bildirib ki, prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb: "Prezident İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.
 
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov hər bir Azərbaycan gəncini prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.
 
Toplantı çıxışlarla davam etdirilib.
 
Sonda bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatı səsləndirilib. Bəyanatda qeyd olunub ki, elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000