AMEA-da islahatlara başlanacaq

AMEA-da islahatlara başlanacaq

Cəmiyyət
24 Aprel 2013, 16:49 992
Yaxın vaxtlarda AMEA-da islahatlara başlanacaq. APA-nın xəbərinə görə, bu barədə AMEA-nın yeni prezidenti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, islahatlar AMEA Rəyasət Heyətindən başlayaraq bütün institutlarını əhatə edəcək: “Bu islahatlar gərək düşünülmüş şəkildə olsun. Ona görə də indidən islahatların detallarını açıqlaya bilmərəm”.

A. Əlizadə deyib ki, Milli Məclisə “Elm siyasəti haqqında” yeni qanun təqdim olunub: “Təəssüflər olsun ki, bu layihədə həm redaksiya, həm də konseptual xarakterli qüsurlar var. AMEA elmi fəaliyyətin lisenziyalaşdırılmasının qəti əleyhinədir. Bu, elmi yaradıcılıq tədqiqatlarının azadlığı prinsipinə ziddir. Ümid edirik ki, bu və digər təkliflərimiz qanun layihəsində əksini tapacaq. Azərbaycanda elmi-texniki və innovasiya fəaliyyəti haqqında, beynəlxalq mülkiyyət haqqında qanunvericilik aktları da hazırlanmalıdır”.