• çərşənbə axşamı, 19 mart, 12:33
  • Baku Bakı 8°C

AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

19.01.18 18:28 568
AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil
"Bakı və Abşeron yarımadasında müşahidə edilənhavaşəraiti yanvar ayı üçün səciyyəvi deyil”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Direktor müavinin sözlərinə görə, Bakı və Abşeron yarımadasındahavanın temperaturu yanvar ayı üçün bir qədər yüksəkdir: "Azərbaycana 8 istiqamətdənhavakütləsi daxil olur. Buhavakütlələrindən 7-si kənardan gəlir. Qalanhavakütləsi isə respublikamızın ərazisində formalaşır. Bakı və Abşeron yarımadasında yerlihavakütləsi hakim olduğu üçün belə birhavaşəraiti hökm sürür. Hazırda Rusiya ərazisində soyuqhavaşəraiti hökm sürür, arktikhavakütlələri hakimlik edir. Lakin həminhavakütləsi güclü olmadığından bizim ərazimizə gəlib çata bilmir”.

M. Həsənov qeyd edib ki, adətən beləhavaşəraiti uzun müddət davam etmir: "Yəqin bu axşam, yaxud da sabah Bakı və Abşeron yarımadasındahavaşəraiti xeyli dəyişəcək. Temperatur bir qədər enəcək, güclü külək müşahidə olunacaq”.
banner

Oxşar Xəbərlər