• cümə, 29 Mart, 00:23
  • Baku Bakı 7°C

AMB və Vergilər Nazirliyi nağdsız ödənişlərin inkişafı ilə bağlı birgə işçi qrup yaradıb

11.04.18 14:38 860
AMB və Vergilər Nazirliyi nağdsız ödənişlərin inkişafı ilə bağlı birgə işçi qrup yaradıb
"Nağdsız Azərbaycan proqramının reallaşdırılması ölkədə monetar sferanın idarə olunmasında mühüm rol oynayacaq.”

Bu barədə "APA-Economics"ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədriElman Rüstəmovdeyib. Onun sözlərinə görə, cari ildə AMB tərəfindən 3 layihə həyata keçiriləcək.

"Nağdsız Azərbaycan proqramı bizim ciddi proqramlarımızdan biridir. Bildiyiniz kimi Mərkəzi Bank cari ildə 3 böyük proqram reallaşdıracaq. Bunlar "Ani ödənişlər", "Nağdsız Azərbaycan" və "3D bank sektorunda blokçeyn texnologiyalarına keçid" proqramlarıdır. Hər üç layihə irəliləyir. Biz qoyulan hədəflərə doğru irəliləyirik. Hazırda tədbirlər planı reallaşdırılır. Biz bir sıra qurumlarla, xüsusilə dəVergilər Nazirliyiilə çox aktiv əməkdaşlıq edirik. "Nağdsız Azərbaycan" proqramının reallaşdırılması bütövlükdə ölkədə monetar sferanın idarə olunması, pul kütləsinə monetar nəzarətin həyata keçirilməsində, həm də vergi sistemində artıq başlanmış və nəzərdə tutulmuş geniş islahatlar proqramının həyata keçirilməsində mühüm rol oynayacaq. Ona görə bizVergilər Nazirliyiilə birgə işçi qrupu yaratmışıq. "Nağdsız Azərbaycan" prqoramı üzrə əsas tədbirlər planı müəyyənləşdirilib. Tədbirlər planına uyğun birlikdə işlər görülüb və tədbirlər planına uyğun olaraq biz irəliləyəcəyik”, - deyə E.Rüstəmov qeyd edib.
banner

Oxşar Xəbərlər