• cümə axşamı, 02 may, 01:47
  • Baku Bakı 15°C

AMB şənbə gününü banklar üçün iş günü elan edib

29.09.17 12:30 1385
AMB şənbə gününü banklar üçün iş günü elan edib
Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.
"APA-Economics" bank sektorundakı mənbələrinə istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:
"Milli Ödəniş Sisteminin İştirakçılarına.
Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmiiş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.
Xahiş edirik, nəzərə alasınız".
banner

Oxşar Xəbərlər