• cümə, 19 Aprel, 05:24
  • Baku Bakı 18°C

AMB-nin valyuta ehtiyatları bu il 1 mlrd. dollardan çox artıb

03.08.17 16:35 1210
AMB-nin valyuta ehtiyatları bu il 1 mlrd. dollardan çox artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
AMB-dən "APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il iyul ayının 31-nə 5 mlrd. 33,1 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 840,2 mln. dollar və ya 20,90% çoxdur.
İyul ayı ərzində isə AMB-nin valyuta ehtiyatları 69 mln. dollar və ya 1,39% artıb.
Cari ilin əvvəlindən artım 1 mlrd. 58,7 mln. dollar və ya 26,64% olub.
banner

Oxşar Xəbərlər