• cümə, 19 Aprel, 21:48
  • Baku Bakı 24°C

AMB: Ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib

12.02.18 12:30 568
AMB: Ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib
"Tədiyyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib".
"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmovbu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə,bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənib.
"2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub. Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib. Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36% ucuzlaşıb. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir", - deyə E.Rüstəmovvurğulayıb.
O qeyd edib ki, 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb.
"Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır. İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir. Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir edib", - deyə AMB sədri əlavə edib.
banner

Oxşar Xəbərlər