• cümə, 29 Mart, 17:44
  • Baku Bakı 14°C

“Alyans Arena”da futbola yataqda bax

13.02.18 14:25 1122
“Alyans Arena”da futbola yataqda bax
"Bavariya” azarkeşləri üçün yeni xidmət təklif edir.
Kaspi.az xəbər verir ki, Münhen klubunun azarkeşləri oyuna baxmaq üçün tribunada əyləşməyə də bilərlər. Klub rəhbərliyi "Alyans Arena”da yeni VİP otaqlar təklif edəcək.
"Bavariya” "Marriott” kompaniyası ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, 2019/2020 mövsümündən başlayaraq, stadionda yataq dəsti və mini barı olan xüsusi otaqlar fəaliyyət göstərəcək. VİP otaqları həm çempionat, həm də beynəlxalq oyunlar zamanı sifariş etmək mümkün olacaq.
"Bavariya” ev stadionunda belə xidmət təklif edən ilk klub olacaq. Məlumata görə, "Real” da bu ideyadan yararlanmağı planlaşdırır.
banner

Oxşar Xəbərlər