• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Alves həftədə 230 min qazanacaq

12.07.17 15:50 1193
Alves həftədə 230 min qazanacaq
Xarici mətbuatda "Yuventus”dan ayrılan Dani Alvesin PSJ-yə keçəcəyilə bağlı məlumat yayılmışdı.
Kaspi.az xəbər verir ki, artıq PSJ-nin braziliyalı futbolçuya təklif etdiyi müqavilənin bəzi detalları bəlli olub. Məlumata görə, Alves Paris klubu ilə anlaşsa, həftəlik məvacibi 230 min funt olacaq.
Braziliyalı müdafiəçinin 2 illik müqavilə bağlayacağı gözlənilir. Bu gün onun transferinin rəsmən açıqlanacağı bildirilir.
34 yaşlı futbolçunun adı "Mançester Siti” ilə də hallanır.
banner

Oxşar Xəbərlər