AZE | RUS | ENG |

Altıncı tur çərçivəsində on görüş keçiriləcək

Altıncı tur çərçivəsində on görüş keçiriləcək
Sentyabrın 9-da "Avro 2020”nin seçmə mərhələsinin altıncı turu çərçivəsində on görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə C, E, G və I qruplarındakı komandalar qarşılaşacaqlar.
E qrupunda yer alan Azərbaycan millisi beşinci oyununda Xorvatiya yığmasını qəbul edəcək. Digər oyunda isə Macarıstan və Slovakiya milliləri üz-üzə gələcəklər. Bu qrupdakı bütün komandalar dörd oyun keçiriblər. Hər ikisinin 9 xalı olan Macarıstan və Xorvatiya yığmaları ilk iki pillədə qərarlaşıblar. Uels və Slovakiyanın 6 xalı var. Futbolçularımız bütün görüşlərdə uduzublar.
C qrupunda Şimali İrlandiya – Almaniya, Estoniya – Hollandiya görüşləri keçiriləcək. Qrupa 12 xalla (4 oyun) Şimali İrlandiya yığması başçılıq edir. Dörd oyundan 9 xal toplayan Almaniya ikinci, üç matçda 6 xal yığan Hollandiya isə üçüncü pillədə qərarlaşıb. Belarus yığması 3 (5 oyun) xalla dördüncü, aktivində xal olmayan (4 matç) Estoniya seçməsi isə sonuncu pillədə yer alıb.
Gün ərzində G qrupunda üç görüş - Sloveniya – İsrail, Polşa – Avstriya və Latviya - Şimali Makedoniya qarşılaşmaları oynanılacaq. Bütün komandaların beş oyun keçirdikləri qrupa 12 xalla Polşa seçməsi başçılıq edir. Sonrakı pillələrdə müvafiq olaraq Avstriya (9), Sloveniya (8), İsrail (8), Şimali Makedoniya (5) və Latviya (0) milliləri yer alıblar.
I qrupunda da üç görüş oynanılacaq. Gün ərzində Şotlandiya – Belçika, San-Marino – Kipr və Rusiya – Qazaxıstan qarşılaşmaları keçiriləcək. Bu qrupa bütün görüşləri qələbə ilə başa vuran Belçika seçməsi başçılıq edir - 15 xal. Rusiya seçməsi 12 xalla ikinci, Qazaxıstan yığması isə 7 xalla üçüncüdür. Şotlandiya millisinin 6, Kipr seçməsinin 4 xalı var. San-Marino isə bütün görüşləri məğlubiyyətlə başa vurub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973