• çərşənbə, 24 Aprel, 02:52
  • Baku Bakı 14°C

“Altılıq” və İranın birgə komissiyasının iclası ABŞ-sız keçiriləcək

25.05.18 09:45 574
“Altılıq” və İranın birgə komissiyasının iclası ABŞ-sız keçiriləcək
Vyanada mayın 25-də nüvə sazişinin icrasına nəzarət edən "altılıq” ölkələri və İranın birgə komissiyasının növbəti iclası keçiriləcək. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toplantı ilk dəfə olaraq ABŞ-ın iştirakı olmadan keçiriləcək.
Komissiyanın sonuncu iclası Vyanada martın 16-da keçirilib. Qeyd olunan komissiya Birgə Hərtərəfli Fəaliyyət Planının icrasını yoxlamaq səlahiyyətinə malik yeganə qurumdur.
"Bildiyiniz kimi, prezident Tramp ABŞ-ın həmin sazişdən çıxmasına dair qərar verib. Çünki bu saziş ABŞ-ın milli maraqlarının qorunmasını təmin edə bilmədi. Bu səbəbdən də ABŞ birgə komissiyanın tərkibində təmsil olunmayacacaq”, - deyə ABŞ Vyanadakı daimi nümayəndəliyindən bildirilir.
banner

Oxşar Xəbərlər