• cümə, 19 Aprel, 21:36
  • Baku Bakı 24°C

Altı özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıldı

08.07.15 14:18 1270
Altı özəl tibb müəssisəsinin fəaliyyəti dayandırıldı
Azərbaycan Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində yoxlamalar aparıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Bu ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin - “VİP Dental” MMC, “Loğman Klinikası” MMC, “İnvitro” MMC, “Starmed” MMC, “Faiq-96” Müəssisəsi, “Nihat Klinikası” MMC-nin fəaliyyəti müəyyən olunmuş tarixədək dayandırılıb.
banner

Oxşar Xəbərlər