AZE | RUS | ENG |


Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi məlum olub

Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi məlum olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
 
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov ifadə verib. 


Vüqar Bayramov deyib ki, "Ford" markalı mikroavtobusu N. Hüseynova hadisədən bir həftə əvvəl icarəyə verib.
 
Onun sözlərinə görə, mikroavtobusu icarəyə verərkən nasaz olduğunu deyib: "Ancaq o dedi ki, özü təmir edəcək. Avtobusda 18 oturacaq var idi. Danışığımız belə oldu ki, Namiq aylıq 700 manat pul verməli idi. Hadisə nəticəsində mikroavtobusa 5 min 900 manat məbləğində ziyan deyib. Ancaq Namiqə qarşı hər hansı şikayətim yoxdur". 


Hakimin suallarını cavablandıran V. Bayramov mikroavtobusu N. Hüseynova etibarnaməsiz icarəyə verdiyini də etiraf edib: "Mən mikroavtobusu ona vermişdim, amma demişdim ki, etibarnaməni sonra alarıq. Mən bilmirdim ki, o, mikroavtobusu belə tezliklə idarə edəcək". 


Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002