• cümə axşamı, 25 aprel, 10:51
  • Baku Bakı 14°C

Altı ayda Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 21 milyon kubmetr qaz olub

03.08.18 09:20 495
Altı ayda Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 21 milyon kubmetr qaz olub
Bu ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 21 milyon kubmetr qaz olub.
"BP Azerbaijan” şirkətindənAZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 18 milyon dollar əməliyyat və 241 milyon dollar isə əsaslı xərclər sərf edilib.
2006-cı ilin sonlarında istismara verilən boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), "AzSCP” (10 faiz), "Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoil” (10 faiz), "NICO” (10 faiz) və "TPAO” (19 faiz).
banner

Oxşar Xəbərlər