AZE | RUS | ENG |

Alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirilə bilər

Alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirilə bilər
Azərbaycanda alternativ enerji sahəsində ümumi dəyəri 2,3 milyard dollar olan bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə hökumətdən bildiriblər.

Qeyd olunub ki, bu məqsədlə investorlar cəlb olunub. Lakin maliyyələşdirmənin neçə faizinin investorların vəsaitləri hesabına təmin ediləcəyi hələ məlum deyil.

Layihələrin sırasına Sabirabad rayonunda bioyanacaq (yanacaq qranulu) istehsalı müəssisəsi, Pirallahı rayonunda külək elektrik stansiyalarının tikintisi, Samux rayonunda aqroenergetika kompleksi və digərləri daxildir.

Planlaşdırılan layihələrdən ən irisi Pirallahıda dəyəri 800 və 408,9 milyon dollar olan iki külək elektrik stansiyası, həmçinin Xızı rayonunda dəyəri 377,7 milyon dollar olan külək stansiyasının tikintisidir.

Hökumətdən bildiriblər ki, külək elektrik stansiyaları elektrik enerjisi təminatında və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Eyni zamanda, layihələrin reallaşdırılması yerli infrastrukturun inkişafına kömək edəcək, Pirallahı rayonunda sosial-iqtisadi şəraiti yaxşılaşdıracaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202