• şənbə, 20 Aprel, 03:36
  • Baku Bakı 15°C

Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib

17.05.18 10:50 590
Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib
Dünən tapılmış alpinistlərin meyitləriekspertizadan sonra ailələrinə təhvil verilib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.
Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsindəekspertizadan keçirilib.
Müayinələrdən sonra meyitlər ailələrinə təhvil verilərək dəfn üçün Bakıya göndərilib.
Məlumatda qeyd edilir ki, meyitlərin ilkin müayinəsi zamanı heç bir xəsarət halları aşkar edilməyib. Ekspertizanın yekun nəticələri isə laborator müayinələrdən sonra bəlli olacaq.
Xatırladaq ki, "Gilavar"Havavə Ekstrim İdman Klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamışdılar.
Alpinistlərin meyitləri dünən axşam saatlarında tapılıb.
banner

Oxşar Xəbərlər