• cümə axşamı, 25 aprel, 00:13
  • Baku Bakı 19°C

Alpinistlərimiz “Xan Tenqri”ni fəth etdilər, “Qar bəbiri”nə bir addım qaldı

19.08.13 09:38 1576
Alpinistlərimiz “Xan Tenqri”ni fəth etdilər, “Qar bəbiri”nə bir addım qaldı
Bu barədə Bakuinfo.Az-a Firuz Dadaşov peyk telefonu vasitəsilə məlumat verib.
F.Dadaşovun sözlərinə görə, yürüşə pis hava şəraiti və güclü qar mane olurdu. Lakin bütün çətinliklərə baxmayaraq, alpinistimiz zirvənin fəthinə nail olublar.
Artıq idmançılarımız baza düşərgəsinə eniblər. Onlar uzun və ağır yürüşdən sonra düşərgədə bir neçə gün istirahət edəcəklər.
Daha sonra isə alpinistlərimiz "Qələbə" zirvəsini fəth etmək üçün yürüşə başlayacaqlar.
Sirxan Məmmədov və Firuz Dadaşov – Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşlər olan milli komandanın üzvləridir.
“Xan Tenqri” və “Qələbə” zirvələrini fəth etdikləri halda idmançılarımız "Snejniy Bars” (Qar bəbiri) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr – "Xan Tenqri”(7010 m.), "Qələbə”(7439 m.), "Lenin”(7134 m.), "Korjenevskaya”(7105 m.), "Kommunizm”dir (7495 m.). "Qar bəbiri" adını, yarıməsrlik tarixi ərzində 621 alpinist ala bilib.
Qeyd edək ki, bu titula Azərbaycan tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.
banner

Oxşar Xəbərlər