• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

"Alov qüllələri" Şahmat Olimpiadasına dəstək oldu

14.08.16 12:15 1258
"Alov qüllələri" Şahmat Olimpiadasına dəstək oldu
Bakının ən möhtəşəm binalarından sayılan "Alov qüllələri" 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır. Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.
Xatırladaq ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.
banner

Oxşar Xəbərlər