• cümə, 29 Mart, 05:25
  • Baku Bakı 7°C

“Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli açıldı

24.06.13 13:04 7492
“Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli açıldı
İyunun 24-də Bakıda “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olub.
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Dövlət başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsib.
Oteldə yaradılmış şəraitlə tanışlıq zamanı Azərbaycan prezidentinə və xanımına məlumat verilib ki, 784 yerlik mehmanxanada 319 nömrə var. Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir. Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir.
Sonra prezident otelin kollektivi ilə görüşüb, mehmanxanada yaradılmış şəraitdən məmnunluğunu bildirib.
banner

Oxşar Xəbərlər