• cümə, 29 Mart, 19:05
  • Baku Bakı 14°C

Almanların Braziliya ilə oyunda müəyyənləşdirdiyi 8 rekord

09.07.14 18:17 1003
Almanların Braziliya ilə oyunda müəyyənləşdirdiyi 8 rekord
Almaniya Braziliya ilə oyunda bir sıra yeni rekordlara imza atıb.
Trend-in məlumatına görə, həmin rekordlar aşağıdakılardır:
1. Finala ən çox vəsiqə qazanan komanda (8 dəfə).
2. Mundialda ən çox qol vuran komanda (223 qol). Braziliya 221 qolla artıq ikincidir.
3. Dünya çempionatları tarixində yarımfinal mərhələsində ən böyük hesablı qələbə qazanan komanda (7:1).
4. Yarımfinalda 7 qol vuran yeganə komanda.
5. 29 dəqiqəyə 5 qol vuran yeganə komanda. Daha öncə rekord 1974-cü il mundialında 30 dəqiqəyə 5 dəfə fərqlənən keçmiş Yuqoslaviyaya aid idi.
6. Ən qısa müddətdə dubl edən oyunçu (Toni Kros 69 saniyəyə 2 qol).
7. Miroslav Kloze - çempionatın pley-off mərhələsində ən çox oynayan oyunçu (13 oyun). Almaniyalı Lotar Matteus və braziliyalı Kafuda bu göstərici 12 oyun idi.
8. Miroslav Kloze - mundial tarixində ən çox qol vuran oyunçu (16 qol). Braziliyalı Ronaldo artıq ikincidir (15 qol).
banner

Oxşar Xəbərlər