• cümə, 29 Mart, 09:58
  • Baku Bakı 5°C

Almanlara qalib gəldik

01.07.13 14:36 1236
Almanlara qalib gəldik
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Almaniyanın "Münhen 1860" klubunun U-23 komandası ilə üzləşib.
Oyun yığmamızın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Almaniya təmsilçisinin qapısından hər 3 qolu hücumçumuz Namiq Ələskərov keçirib.
Qeyd edək ki, Arif Əsədovun yetirmələri ilk 2 oyunda Avstriyanın “Kapfenberq” və Rusiyanın “Qazovik-Qazprom” komandasına müvafiq olaraq 0:4 və 2:3 hesabı ilə uduzmuşdu.
banner

Oxşar Xəbərlər