• cümə axşamı, 25 aprel, 05:04
  • Baku Bakı 19°C

Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?

13.03.18 09:10 576
Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
Almaniyada mühafizəkarlar və sosial-demokratlardan ibarət yeni hökumətin prioritetləri haqqında onların martın 12-də imzaladığı koalisiya sazişi əsasında mühakimə yürütmək olar.
AZƏRTACxəbər verir ki, kansler Angela Merkelin rəhbərliyi altında qurulan yeni hökumətin başlıca hədəfləri Avropa inteqrasiya prosesinin gücləndirilməsi, Avropa İttifaqının üzləşdiyi miqrasiya problemi, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı tədbirlər və islahatların keçirilməsidir. Yeni hökumət koalisiyası maliyyə risklərinə qarşı operativ tədbirlər görülməsi, iqtisadi sabitliyin təmin edilməsi üçün xüsusi vəsaitlərin toplanması və struktur islahatları aparılması məqsədilə daha güclü Aİ büdcəsi ideyasını dəstəkləyir. Bu kontekstdə alman hökuməti ümumi büdcəyə daha çox vəsait ayırmağa hazır olduğunu bəyan edib.
Almaniyanın xarici siyasətin əsas prioriteti Fransa ilə birlikdə Ukraynadakı münaqişənin nizama salınması, Minsk razılaşmaları çərçivəsində ağır silahların və silahlı dəstələrin münaqişə zonasından çıxarılmasında daha fəal rol oynamaqdır. Sosial-demokratlar mühafizəkarlar ilə danışıqlarda BMT-nin "mavi dəbilqəlilər”inin Donbasda sülhü təmin edəcəyinə şərait yaradılması müqabilində Aİ-nin Rusiyaya qarşı sanksiyaları qismən ləğv edəcəyi maddəsini yekun sənədə əlavə etməyi təklif ediblər.
Sıravi almanları isə Merkelin dördüncü hökumətinin sosial siyasəti daha çox maraqlandırır. Almaniya kanslerinin bu sahədə vədlərini necə yerinə yetirəcəyini isə zaman göstərəcək.
banner

Oxşar Xəbərlər