• cümə, 29 Mart, 04:58
  • Baku Bakı 7°C

Almaniyanın Vürtsburq Universitetinin professor ADU-da mühazirə oxuyub

14.03.17 14:43 831
Almaniyanın Vürtsburq Universitetinin professor ADU-da mühazirə oxuyub
Azərbaycan Dillər Universitetində (ADU) Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman müəllim və tələbələrə "Heinrich von Morungen: Minnesang" mövzusunda mühazirə oxuyub. Tələbə və müəllimlər tərəfindən maraqla qarşılanan mühazirədə professor onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Ziqlinde Hartman (Sieglinde Hartmann) ADU- nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin təklifi və Alman dili kafedrasının baş müəllimi Sənubər Zeynalovanın təşkilatçılığı ilə almandilli tələbə və müəllimlər üçün 16.03.2017-ci il tarixədək ADU-da mühazirələr aparacaq.




banner

Oxşar Xəbərlər