• cümə axşamı, 25 aprel, 05:54
  • Baku Bakı 19°C

Almaniyanın ən yaxşı bombardiri “Bavariya”ya qayıdır

18.04.18 13:15 818
Almaniyanın ən yaxşı bombardiri  “Bavariya”ya qayıdır
Almaniya yığmasının sabiq futbolçu Miroslav Kloze "Bavariya”da işləyə bilər.
Kaspi.az xəbər verir ki, Almaniya mətbuatı Klozenin növbəti mövsümdən Münhen nəhəngində çalışacağını bildirib. O, "Bavariya”nın U-17 komandasına başçılıq edəcək.
Kloze hazırda Almaniya yığmasının məşqçilər korpusunda yer alır. Miroslav 2007-2011-ci illərdə "Bavariya”nın şərəfini qoruyub.
Kloze karyerasını 2016-cı ildə "Latsio”da bitirib. O, Almaniya yığmasının tarixində ən yaxşı bombardirdir - 71 qol.
banner

Oxşar Xəbərlər