• cümə axşamı, 28 mart, 13:10
  • Baku Bakı 16°C

Almaniyanı saxtakarlıqları ilə heyrətləndirənlər - Fotofakt

29.07.19 19:03 10931
Almaniyanı saxtakarlıqları ilə heyrətləndirənlər - Fotofakt
Müsavat Partiyasında saxta arayış qalmaqalı daha da böyüməkdədir. Bu günlərdə təşkilatın adı daha bir saxta arayış qalmaqalında hallanıb. Belə ki, Müsavatın Zəngilan rayon təşkilatının üzvü olan və hazırda Almaniyada yaşayan Rahid Bəşirov barəsində Miqrasiya İdarəsi "mənfi qərar” qəbul edib. Çox böyük ehtimal, bu "mənfi qərar” R.Bəşirovun "siyasi mühacir” adı altında Almaniyada oturum icazəsinin verilməməsinə dair olub. Bu qərarı doğru hesab etməyən R.Bəşirov Almaniya Münster şәhәr Məhkəməsinə bununla bağlı şikayət edib. Məhkəmə onun şikayətini təmin etməyib və əleyhinə qərar qəbul edib. Həmin qərarda belə bir arqument irəli sürülüb: "Tәqdim olunan partiya bileti vә arayış sizin şikayətin təmin olunması üçün uyğun deyil. Artıq diqqәtә alınması vacibdir ki, partiya funksionerlәrinin müsbәt fәaliyyәtlә bağlı tәsdiq arayışlarını Azәrbaycanda әldә etmәk çox da çәtin deyil”.
Bu qərar Almaniya Məhkəməsinin, ümumən Avropanın Müsavat Partiyasına, onun vәsiqә vә arayışlarına münasibәtini açıq şəkildə ortaya qoyub. Bununla da Müsavatda arayışların saxta olması, saxtakarlıqla arayışların verilməsi məsələsi yenidən gündəmə gəlib. Bu gündəmi yaradan, yeni saxta sənəd qalmaqalını cəmiyyətə çatdıran isə sosial şəbəkə istifadəçisi, Almaniyada siyasi mühacir həyatı yaşayan, Yafəz Həsənov olub. Bu barədə o, geniş status yazıb. Qeyd edib ki, artıq Almaniyadakı Müsavat Partiyası üzvlәrinin çoxuna vәsiqә vә arayışlarının hәqiqәti әks etdirmәdiyi haqda qәrar vә bildiriş göndәrilib. Müsavat Partiyası İcra Aparatının rəhbəri G.Aslanlı bütün bunlara cavab olaraq "Facebook” hesabında status yazıb. Bildirib ki, məhkəmə qərarı incələndikdən sonra bu barədə obyektiv fikir ictimaiyyətə çatdırılacaq. Onun bu cavabı sosial şəbəkə istifadəçiləri, onu tanıyanlar tərəfindən narazılıqla qarşılanıb, qıcıq doğurub.

Natavan Hasanli sözügedən statusa rəy yazaraq qeyd edib ki, Rahidə təqdim olunan qərar 20 səhifəlikdir və burada söhbət onun neqativinin hansı səbəbdən olması deyil: "Söhbət həmin qərarın içərisində bir cümlə ilə Müsavat Partiyasının arayış və vəsiqəsinin - əsas sənədlərinin artıq asan əldə oluna bilən bir kağız parçası kimi etibardan düşməsinin qeyd olunmasıdır. Bəli, arayış 2007-ci ilə aiddir və İsveçə təqdim olunmaq üçün alınıb, lakin o zaman da heç bir işə yaramayıb”.

Yafaz Akramoglu Hasanov adlı sosial şəbəkə istifadəçisi indiyə qədər Müsavat Partiyası tərəfindən siyasi mübarizəsi, müxalifətçiliyi olmayan çoxsaylı şəxslərə saxta arayışların verildiyini qeyd edib və G.Aslanlıya belə bir sual ünvanlayıb: "Alman miqrasiya idarәsi tәrәfindәn Müsavat Partiyasının vәsiqә vә arayışının saxta hesab olunması ilə bağlı qәrar var mәndә. Daha doğrusu, arayışın içәrisindә yazılan informasiya, vәsiqәnin surəti ilə ümumilikdə. İstәyirsinizsə, burada paylaşım, Gülağa bәy? Hәmin sәnәdlәr dә sizlәrin imzası ilə verilib. Bunu siz dә tәsdiq edirsiniz. İndi düşünün, görün, imzanızı niyә Avropada şübhә altına alırlar?”
Yafaz Akramoglu Hasanov Avropada miqrasiya idarәlәrindә Müsavatın arayış vә vәsiqәlәrinә inamsızlığın yaranma səbəblərini də G.Aslanlı üçün sadalayıb: "Ucdantutma, kimә gәldi bu cür arayışları verib Avropaya göndәrirsiniz deyә, inamsızlıq yaranıb. Anlamaq lazım idi ki, bir gün onlar da bu arayışların әlindәn bezәcәklәr. 10-15 il әvvәl Müsavatın vәsiqәsi belә bәs edirdi ki, dәrhal siyasi mühacir statusu alasan. İndi vәsiqә nәdir, hәtta sizin arayışları görәndә rәsmi orqanlar dәrhal üz çevirirlәr. Şәxs haqqında әlavә araşdırmaya ehtiyac görmәdәn, dәrhal neqativ qәrar verirlәr. Qısası, beziblәr sizin arayışlardan. Burada zәrәr çәkәn 5-10 nәfәr hәqiqәtәn tәzyiqlә üzlәşәn müsavatçılardı. Çünki, arayışı görәn kimi onlara da eyni münasibәt yaranır vә dediklәri ciddiyә alınmır. Miqrasiya idarәlәri dә qәrarlarında heç nәyi gizlәtmirlәr. Açıq yazırlar ki, Müsavatın arayışında yazılanlar hәqiqәti әks etdirmir. Yazmır ha arayış saxtadır, yazır ki, arayışda yazılan hәqiqәtә uyğun deyil. Papağınızı qarşınıza qoyub Müsavat sәnәdlәrinin dәyәrinin haradan hara düşdüyünün sәbәbin axtarmaqdansa, mövzunu sağa-sola çәkərək, başlayıbsınız ki, filan arayış filanıncı ildә veriilib, ona görә. Halbuki, bunun mәsәlәyә heç bir dәxli yoxdur”.

Yafaz Akramoglu Hasanov G.Aslanlıya cavab olaraq onu da əlavə edib ki, Almaniya Mәhkәmәsinin Rahid bәylә bağlı qәrarı bir az abırlıdır və çox da açıq yazılmayıb. Onun sözlərinə görə, Almaniya Miqrasiya İdarәsinin Hikmәt Kazımlı (Hikmet Kazimli Turkoglu) ilə bağlı bağlı qәrarında konkret olaraq Müsavat başqanının imzası ilə verilәn partiya bileti saxta elan edilib: "Üstәlik, şәxsәn sizin (G.Aslanlını nəzərdə tutur) imzanızla verilәn arayışın içәrisindә yazılanlara inamsızlıq göstәrilib. Miqrasiya İdarәsinin hәmin qәrarı sizin әlinizdәdir. Bәlkә bununla bağlı sәfirliyә müraciәt edәsiniz? 3 aydır ki, әlinizdәdir. Niyә etmirsiniz? Etmirsinizsә, demәk, blef edirsiniz. Heç mәhkәmә qәrarı әlinizdә olandan sonra da etmәyәcәksiniz. Hәm dә hansı mәnәvi haqla? Avropa ölkәlәrinin sәfirliklәri dә sizin arayışlarla bağlı sorğulara cavab vermәkdәn beziblәr”.

Hikmet Kazimli Turkoglu da müzakirələrə qoşularaq G.Aslanlıya haqlı suallar ünvanlayıb: "Mәnә verdiyiniz arayışı vә vәsiqәni alman miqrasiya idarәsi saxta sayıb. Niyә? Sizin imza saxtadır məgər? İsa Qәmbәrin imzası ilə aldığım vәsiqәdәki imza saxtadır məgər? Niyә üstünә getmirsiniz bu mәsәlәnin? Deyirsiniz ki, Miqrasiya İdarәsində yanlışlıq olub. Niyә üzәrinә gedib yanlışlığı düzәltmirsiniz? Niyə səfirliyə bu haqda məlumat vermirsiniz? Mәn sizdәn tәlәb edirәm! Alman hökmәtinin Azәrbaycanda tәmsilçisi alman sәfirliyidir. Öz imzanıza hörmәt edirsinizsә, gedin alman sәfirliyindә üsyan qaldırın ki, sizә kim ixtiyar verib bizim imzamızla olan sәnәdlәri saxta sayasınız? Özünә hörmәt edәn hәr kәs bunu etmәlidir. Etmәyəcәksinizsә, demәk, onların da qarşısında gözünüz kölgәlidir. İçi saxta mәlumatla dolu arayışlarınızla onları da bezdirmisiniz. Çox təəssüflər olsun!”


Zakir Aqayev adlı istifadəçi də yazıb ki, artıq Avropada Müsavat Partiyasının sənədlərinə inanmırlar. Onun fikrincə, Avropadakı Miqrasiya İdarələri müsavatçıyam deyən hər kəsdən şübhələnir.

Bax, beləcə, müzakirələr davam etdirilib. Müzakirələrə qoşulan sosial şəbəkə istifadəçiləri, o cümlədən müxtəlif bəhanələrlə Avropaya sığınmaq üçün Müsavat Partiyasından arayış alanlar G.Aslanlını sual və tələblərlə küncə sıxışdırıblar. Haqlı suallar qarşısında aciz qalan G.Aslanlı isə vəziyyətdən çıxmaq üçün əsassız arqumentlər gətirib, söhbətin mövzusunu dəyişməyə çalışıb. Lakin müzakirələrdən də göründüyü kimi, onun bu cəhdləri alınmayıb.
Alpər İSMAYIL
banner

Oxşar Xəbərlər