• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

Almaniyalı diplomat: Avropa Şurasından çıxmaq ideyası həm AŞ, həm də Azərbaycan üçün olduqca pis ideyadır

05.10.17 01:28 1046
Almaniyalı diplomat: Avropa Şurasından çıxmaq ideyası həm AŞ, həm də Azərbaycan üçün olduqca pis ideyadır
Avropa Şurasından çıxmaq ideyası həm AŞ, həm də Azərbaycan üçün olduqca pis ideyadır.
Trend-in məlumatına görə, bunu Bakıda Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Almaniyadan olan səfiri Mixael Flüger Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O qeyd edib: "Cənab Prezident, bizi burada qəbul etdiyinizə görə təşəkkür edirəm. Ölkənizlə qurduğumuz diplomatik münasibətlərin 25-ci ildönümündən çox məmnunuq. Əlbəttə ki, gözlərimiz Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə yönəlib. Mən sadəcə sədrimizin söylədiyini bir daha təkrar etmək istərdim. Çox istərdik ki, Siz də orada olasınız”.
Almaniyalı diplomat bildirib ki, altı ölkənin əhalisi üçün Şərq Tərəfdaşlığının faydalı olması barədə işarə vermək, eləcə də nəinki iqtisadi əməkdaşlığın yaxşılaşdırılması, o cümlədən terrorçuluğa qarşı mübarizə barədə daha ətraflı danışmaq, praktiki xarici siyasət sahəsində əməkdaşlıq etmək baxımından Azərbaycanın yüksək səviyyədə təmsil olunması zəruridir: "Bütün bunlar bizim marağımızdadır.
Bir məsələni də qeyd etmək istərdim. Siz bunu artıq açıqladınız. Azərbaycan Demokratik Respublikasının 100-cu ildönümü qarşıdadır. Bu, müsəlman Şərqində həmin dövrdə çox müasir və dünyəvi respublika idi. Məlumdur ki, bizim ölkələrimizdə qadınlara səsvermə hüququ ondan xeyli gec verilib. Bu münasibətlə Sizi təbrik edirik.
Əvvəldə qeyd edilən tolerantlıq məsələsinə gəldikdə, ümid edirik ki, bu, bir məsələyə də tətbiq olunsun. Hazırda vətəndaş cəmiyyətindən eşidirik ki, cinsi və gender mənsubiyyətinə görə ayrı-seçkilik halları baş verir. Bilirik ki, həbs olunmuş həmin şəxslərin əksəriyyəti artıq azadlığa buraxılıb. Bu, yaxşı işarədir. Əminik ki, Azərbaycan BMT, ATƏT və Avropa Şurası çərçivəsində öz beynəlxalq öhdəliklərini yerinə yetirəcək”.
O əlavə edib: "Bir böyük xahiş də var. Fikrimizcə, Avropa Şurasından çıxmaq ideyası həm Avropa Şurası, həm də Azərbaycan üçün olduqca pis ideyadır. Ümid edirik ki, Siz burada işarə verəsiniz və bu mövqe barədə yenidən düşünəsiniz. Hesab edirik ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada öz potensialını tam şəkildə reallaşdırmaq imkanı verəcək. Biz birmənalı olaraq istərdik ki, Azərbaycan təşkilatda qalsın. Ərazi bütövlüyü ilə bağlı sual da vermək istərdim. Ukraynada ərazi bütövlüyü məsələsi ilə bağlı mövqeyinizi öyrənmək istərdik”.
banner

Oxşar Xəbərlər