• cümə, 29 Mart, 00:08
  • Baku Bakı 7°C

Almaniyalı deputatlar Xocalı qətliamı ilə bağlı Bəyanat qəbul ediblər

14.03.17 12:14 587
Almaniyalı deputatlar Xocalı qətliamı ilə bağlı Bəyanat qəbul ediblər
Almaniya Bundestaqının bir qrup üzvü Uve Feiler, Olav Qattinq, Dr. Hans Mişelbax, Dr. Filipp Muhrmann və Norbert Şindler Xocalı soyqırımının 25 illiyi ilə bağlı bəyanat qəbul ediblər.
Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) daxil olan bəyanatda deyilir ki, fevralın 25–dən 26-a keçən gecə Xocalı qətliamının 25-ci ildönümü qeyd olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 mülki sakin qətlə yetirilib. Xocalı qırğınında 106qadın,63azyaşlıuşaq və 70 ahılinsan öldürülüb.
Sənəddə vurğulanır ki, 1988-1994-cü illərdə Sovet İttifaqının süquta uğradığı zaman Dağlıq Qarabağ uğrunda münaqişə başlamışdı. Bu, əhalisi həm etnik azərbaycanlı, həm də ermənilərdən ibarət olan Azərbaycana məxsus region idi. Lakin, Sovet İttifaqı dağıldıqda bu region Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və nəticədə azərbaycanlı əhali ərazidən qovulmuş, təxminən 30 min insan isə həyatını itirib. 1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bu işğalı pisləyərək, Ermənistan qüvvələrinin dərhal ərazidən çıxarılmasını tələb edən sənəd qəbul ediblər. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejiminin əldə olunmasına dair saziş imzalanıb. Həmin vaxtdan etibarən münaqişənin həlli üçün danışıqlar prosesini həyata keçirmək missiyası ATƏT-in Minsk Qrupuna həvalə edilib.
Almaniyalı deputatlar Cənubi Qafqazda yaranmış mövcud vəziyyətlə bağlı həm siyasi, həm də iqtisadi cəhətdən narahat olduqlarını ifadə ediblər. Qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərgin vəziyyət hökm sürür. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktı beynəlxalq hüququn bütün qaydalarını pozulması deməkdir.
Bəyanatın yekununda bildirilir: "Xocalı qətliamının 25-ci ildönümü münasibətilə, biz, Almaniya Bundestaqının üzvləri kimi tələb edirik ki, Almaniyanın xarici siyasəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq səylərini gücləndirməli və tərəfləri bu sülhü qorumaq üçün inandırmağa çalışmalıdır. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilməlidir. Məsələnin sülh yolu ilə həlli təhlükəsizlik və iqtisadi baxımdan zəruri olmaqla yanaşı, eyni zamanda, Almaniya və Avropa üçün də yüksək dərəcədə əlverişli olacaqdır”.
banner

Oxşar Xəbərlər