AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Almaniyadakı səfirliyimizdə Aİ-nin komissarı Qünter Öttinqerlə görüş keçirilib

Almaniyadakı səfirliyimizdə Aİ-nin komissarı Qünter Öttinqerlə görüş keçirilib

Təfsilat
22 Fevral 2017, 17:36 665
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində səfir Ramin Həsənov ilə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Qünter Öttinqer arasında görüş keçirilib. Səfirlikdən "Kaspi”yə verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqının qurumları, eləcə də Azərbaycan və Almaniya arasındakı ikitərəfli əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü hər iki tərəfdən məmnunluqla qeyd edilib. Eyni zamanda Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi məsələsinə toxunulub və ölkəmizdə hökm sürən multikultural həyat tərzi və tolerantlıq mühiti xüsusi vurğulanıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, Cənubi Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində ölkəmiz tərəfindən müvafiq fəaliyyətlərin icrası, rəqəmsal iqtisadiyyat və bu sahədə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.