• cümə axşamı, 02 may, 01:44
  • Baku Bakı 15°C

Almaniyada yanacaq qıtlığı yaranıb

28.11.18 13:22 498
Almaniyada yanacaq qıtlığı yaranıb
Almaniyada su səviyyəsi azalan Ren çayından tankerlərin dolu keçə bilməməsi ilə əlaqədar yanacaq qıtlığı yaranıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Almaniyada əhalinin ən sıx yaşadığı Şimali Ren Vestfalya, Baden-Württemberg və Rheinland-Pfalzdakı yanacaq çatışmazlığı səbəbindən çox sayda yanacaqdoldurma məntəqəsi xidmət göstərə bilmir. Yağıntısız keçən payız fəsli ilə əlaqədar Ren çayı vasitəsilə hərəkət edən tankerlər su səviyyəsi aşağı olduğu üçün daha az tutumda neft və qaz daşıya bilir. Bu da yanacaq qıtlığına gətirib çıxarır. Bununla bağlı həmin bölgələrdə yanacağı qiymətinin artdığı da bildirilir.
İldə 200 milyon ton yük daşınan Ren çayında ötən günlərdə Köln yaxınlığında üç yük gəmisi su səviyyənin aşağı olması ilə əlaqədar hərəkət edə bilməyib.
Neft qıtlığını aradan qaldırmaq üçün Şimali Reyn-Vestfaliya əyaləti hökuməti yanacaq daşıyan ağırtonnajlı yük maşınlarının hərəkətinə qoyulan qadağanı ləğv edib.
banner

Oxşar Xəbərlər