AZE | RUS | ENG |


Almaniyada Nizami Gəncəvinin fars şairi kimi təqdim olunmasına Azərbaycandan sərt reaksiya

Almaniyada Nizami Gəncəvinin fars şairi kimi təqdim olunmasına Azərbaycandan sərt reaksiya
Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvi və onun "Leyli və Məcnun” əsəri ilə bağlı yanlışlığa yol verilib. Teatr tərəfindən Nizami Gəncəvinin "Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvi fars şairi kimi təqdim edilib.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi məlumatlandırılıb, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Azərbaycanın Almaniyadakı səfirliyinə göndərilib.

Azərbaycanın Almaniyadakı səfirliyi Nizami Gəncəvi və onun "Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması ilə bağlı teatrın rəhbərliyinə məktub göndərilib, eyni zamanda Agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilib və sözügedən səhvlərin aradan qaldırılması xahiş edilib.

Teatrın səfirliyə cavab məktubunda isə onlara təqdim edilmiş məlumatlara görə təşəkkür olunub və müvafiq düzəlişlərin edildiyi bildiririlib.

Agentlik həmçinin bildirir ki, əlavə araşdırma göstərib ki, həqiqətən Teatrın İnternet və Facebook səhifələrində "Leyli və Məcnun” hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb. Lakin düzəlişlərdən sonra Nizami Gəncəvi "orta əsrlər şairi” kimi göstərilib, onun Azərbaycan şairi olması qeyd olunmayıb. Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb. Məsələ Agentliyin diqqət mərkəzində saxlanılır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022