• cümə, 29 Mart, 01:16
  • Baku Bakı 7°C

Almaniyada nəşr olunan “Bakış” jurnalında erməni yalanları ifşa olunub

01.07.14 15:53 887
Almaniyada nəşr olunan “Bakış” jurnalında erməni yalanları ifşa olunub
Diaspor Jurnalistləri Birliyinin idarə heyətinin üzvü Əli Zülfüqaroğlunun Almaniyada nəşr olunan “Bakış” jurnalında məqaləsi dərc olunub. “Qaranlıqları aydınladan tarixi faktlar” adlı məqalədə qondarma erməni soyqırımı yalanları ifşa olunur. Yazıda qeyd olunur ki, Şərqi Anadolu bölgəsində Daşnak və Hnçak birləşmələrinin qətl etdiyi müsəlman-türklərə aid 185 toplu məzar mövcuddur: “Bu toplu məzarların əksəriyyəti Qarsın Subatan kəndindədir. Qeyd edək ki, 1918-ci Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb və talan edilib ki, onlardan da biri Subatan kəndidir. Müxtəlif vaxtlarda Subatandakı toplu məzarlar beynəlxalq jurnalistlərin iştirakı ilə açılıb”.
Məqalədə 1918-ci il hadisələrini görən (120 yaşındakı Faranıq Türk ilə 95 yaşındakı Dayanacağa Öztüryün) şahid ifadələrinə istinadən Subatandakı məzarlıqlardan danışılır: “Əvvəl geniş səthdə davam etdirilən qazıntı daha sonra A-l və B-l açmalarının iç kəsişən nöqtəsində sıxlaşdırıldı. Üstdəki 40 sm-lik plomb torpağın qaldırılmasından sonra ilk skeletlərlə qarşılaşıldı. Qarışıq olaraq ələ keçən skeletlərin əksəriyyətinin 1 yaşında olan uşaqlara aid olduğu izlənildi. A-l açmasında təxminən 80 sm. dərinlikdə ələ keçən bir skelet qrupu olduqca maraqlı bir quruluş göstərirdi. Şimal-cənub istiqamətində mövqelənən bu skeletlər bir ana və qız uşağa aid olduğu görünürdü. Qadın sağ yanı üzərinə düşüb və sol qoluyla qucağındakı uşağa sarılıb. Qadının kəlləsində təyin olunan iki zərbə izi, bunların xüsusilə başlarına, ehtimal ki, balta, ya da kəsici alətlərlə vurularaq qətl edildiyini göstərirdi. İlk hərəkətdə çox təsirli olmayan balta, ikincisində kəlləni dərininə ikiyə ayırıb. Gərək ki, qadın və uşağı üzərindəki geyimlərlə basdırılıb . A-l açmasının cənub küncündə ələ keçən bir başqa skelet qrupunun yalnız çox az bir qismi açıla bilib. Buradakı ilk işlər sonrasında 12 uşaq və 3 yetkin skeleti ortaya çıxarılıb”.
F.Öztürk və D.Öztüryün arxiv sənədləriylə dəstəklənilən ifadələrinə görə, 25 Aprel 1918-ci ildə ermənilər tərəfindən edilən qırğın bu şəkildə meydana gəlib: “Qars və Sarıqamışdan geri çəkilən Daşnak-erməni birləşmələri, o zamanlar türk, erməni və rumların birlikdə yaşadığı Subatan kəndinə də hücum ediblər. Hər yana təsadüfi atəş açan birləşmələr, qarşılarına çıxan kəndliləri də getdikləri yerdə amansızcasına öldürüblər. Arxiv sənədlərindən əldə edilən fotoşəkillərə və qazıntı sonrası məlum olanlara görə başlarına baltalarla vurularaq və ya qarınlarına süngü soxularaq öldürülən qadın, uşaq, yaşlı kişi cəsədlərini küçələrdə buraxırdılar. Sənədlərə əsasən Subatan kəndində cəmi 570 adamın qətl edildiyi ifadə edilib. Erməni birləşmələrinin çəkilməsinin ardından bölgə yenidən türk əsgəri birliklərinin əlinə keçib. Küçələrdə iy verən qətl edilmiş insan cəsədləri, sağ qalanlar əsgərlər tərəfindən kəndin müəyyən nöqtələrində toplanaraq samanlıqlara (merek) doldurulublar. Dövrün qeyri-mümkünlükləri və ölü sayının çoxluğu səbəbiylə dəfn üçün bir "məzar" olaraq düşünülən samanlıqlar "dam çökdürmə" yoluyla da bu günahsız insanlara bir "toplu məzar" olub”.
Müəllif bu tipli kütləvi məzarlıqların Azrbaycanda da mövcud olduğunu qeyd edir.
banner

Oxşar Xəbərlər