• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı aksiyada 29 polis yaralanıb, 231 nəfər saxlanılıb

23.04.21 11:00 362
Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı aksiyada 29 polis yaralanıb, 231 nəfər saxlanılıb
Almaniyanın paytaxtı Berlində çərşənbə günü koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirilib.
APATASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, etiraz aksiyası zamanı 29 polis əməkdaşı yaralanıb.

Nümayişçilər polisə şüşə və daş qırıntıları atıblar. 231 etirazşının nəzarətə alındığı bildirilir.
Aksiya paytaxt səlahiyyətliləri tərəfindən koronavirusla bağlı məhdudiyyətləri nəzərdə tutan yeni düzəlişlərin edildiyi vaxt keçirilib. Etirazçılar bunu Alman federalizminə zərbə kimi qiymətləndirib.
Qeyd edək ki, 8-10 min insanın bir araya gəldiyi nümayişdə qoruyucu maskalardan istifadə edilməyib.

banner

Oxşar Xəbərlər