Almaniyada həbs olunan azərbaycanlı müxalifətçilər barədə yeni FAKTLAR

Almaniyada həbs olunan azərbaycanlı müxalifətçilər barədə yeni FAKTLAR

Kriminal
14 Noyabr 2019, 11:00 318
Əvvəllər də bildirmişdim ki, Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan dəstəni ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evindә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub.
Trend-in məlumatına görə, bunu jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərinin saxlanmasına münasibət bildirərkən deyib. O bildirib ki, bu xәbәri alandan sonra araşdırmalara başlayıb və bir çox sәnәdli faktlar toplayıb.
Hәmin faktları qısa şәkildә paylaşan jurnalist qeyd edib: "Evlәrdә vә ofislәrdә axtarış Koblenç prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir). Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sanksiyadakı mәlumatların qısaldılmış forması belәdir:
Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.
O gәtirdiyi adamlara özünü Almaniyada sözü keçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә, o, qurbanlarının әlindәn hәqiqi sәnәdlәrini alıb.
O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır - İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsi ilә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub. Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib. Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub".
Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.