• cümə axşamı, 28 mart, 15:37
  • Baku Bakı 16°C

Almaniyada hava şarı qəzaya uğradı

17.06.18 17:15 539
Almaniyada hava şarı qəzaya uğradı
Almaniyanın qərbində, Varendorf şəhərinin yaxınlığında hava şarının qəzaya uğraması nəticəsində 6 nəfər xəsarət alıb.
Trend-in yerli polisə istinadən verdiyi məlumata əsasən, hadisə ötən gün yerli vaxtla 20:55-də baş verib. Şarın qəzaya uğradığı zaman güclü yağış yağdığı qeyd olunur. Şar yerə 10 metr yüksəklikdən düşüb.
Xəsarət alan 6 nəfərdən 3-ü ciddi zədə alıblar. Onlardan biri helikopter vasitəsi ilə xilasetmə xidmətinin xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər