• cümə, 19 Aprel, 18:20
  • Baku Bakı 24°C

Almaniyada beynəlxalq boks gecəsi keçiriləcək

28.04.18 12:00 739
Almaniyada beynəlxalq boks gecəsi keçiriləcək
Almaniyanın Magdeburq şəhərində Heydər Əliyevin 95 illiyinə həsr olunmuş beynəlxalq peşəkar boks gecəsi keçiriləcək. Alman-Azərbaycan mədəniyyəti Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Yaşar NiftəliyevAPA-ya bildirib ki, mayın 5-də təşkil olunacaq boks gecəsində Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, Gürcüstan və Çexiyadan idmançılar qatılacaq.
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə keçirilən gecəyə 22 idmançı qatılacaq”-deyə, Y. Niftəliyev bildirib.
Qeyd edək ki, Alman-Azərbaycan mədəniyyəti Cəmiyyəti tərəfindən beynəlxalq boks gecəsi 2007-ci ildən ənənəvi olaraq keçirilir.
banner

Oxşar Xəbərlər