Almaniya yığmasında komendant saatı tətbiq olundu
DÇ-2018-də
uğursuzluqla üzləşən Almaniya yığmasında ciddi intizam tədbirləri görülməyə
başlanılıb.
Kaspi.az xəbər verir
ki, yığmanın baş məşqçisi Yoahim Löv düşərgədə komendant saatı tətbiq edib.
Bütün futbolçular müəyyən olunmuş vaxtda oteldə olmalı və öz otaqlarına çəkilməlidirlər.
Futbolçulara hətta
otelin barına getmək də qadağan edilib. Löv bununla Millətlər Liqasının
oyunları ərəfəsində komandada ciddi intizam yaratmağı düşünür.
Yoahim Löv
Almaniya yığmasına 2006-cı ildən başçılıq edir. Almanlar DÇ-2018-də qrup mərhələsini
adlaya bilməmişdilər.