• çərşənbə axşamı, 16 aprel, 21:20
  • Baku Bakı 18°C

Almaniya yığmasında komendant saatı tətbiq olundu

05.09.18 12:15 557
Almaniya yığmasında komendant saatı tətbiq olundu
DÇ-2018-də uğursuzluqla üzləşən Almaniya yığmasında ciddi intizam tədbirləri görülməyə başlanılıb.
Kaspi.az xəbər verir ki, yığmanın baş məşqçisi Yoahim Löv düşərgədə komendant saatı tətbiq edib. Bütün futbolçular müəyyən olunmuş vaxtda oteldə olmalı və öz otaqlarına çəkilməlidirlər.
Futbolçulara hətta otelin barına getmək də qadağan edilib. Löv bununla Millətlər Liqasının oyunları ərəfəsində komandada ciddi intizam yaratmağı düşünür.
Yoahim Löv Almaniya yığmasına 2006-cı ildən başçılıq edir. Almanlar DÇ-2018-də qrup mərhələsini adlaya bilməmişdilər.
banner

Oxşar Xəbərlər