• cümə, 29 Mart, 03:03
  • Baku Bakı 7°C

Almaniya yığması gənclər arasında Avropa çempionu olub

01.07.17 09:00 1256
Almaniya yığması gənclər arasında Avropa çempionu olub
21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, Polşanın Krakov şəhərində təşkil olunmuş həlledici qarşılaşmada Almaniya və İspaniya yığmaları üz-üzə gəlib.
Görüş Bundestimin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 40-cı dəqiqədə Mitçell-Elii Vayzer vurub.
Bununla da Almaniya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. İlk dəfə bu titul 2009-cu ildə qazanılıb.
banner

Oxşar Xəbərlər