• cümə, 29 Mart, 19:56
  • Baku Bakı 14°C

Almaniya və ABŞ Aleksey Navalnının dərhal sərbəst buraxılmasını tələb edir

18.01.21 12:00 362
Almaniya və ABŞ Aleksey Navalnının dərhal sərbəst buraxılmasını tələb edir
Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

"Rusiya qanunun aliliyi prinsipinə və vətəndaş hüquqlarının qorunmasına öz konstitusiyası və götürdüyü beynəlxalq öhdəliklərlə bağlıdır. Bu prinsiplər təbii ki, Aleksey Navalnı üçün də tətbiq olunmalıdır. O, dərhal sərbəst buraxılmalıdır”, -deyə Almaniyanın xarici işlər naziri qeyd edib.

ABŞ dövlət katibi Mayk Pompeo da Rusiya müxalifət liderlərdindən biri olan Aleksey Navalnının saxlanılmasını pisləyib: "ABŞ Rusiyanın Aleksey Navalnının həbs qərarını qəti şəkildə qınayır. Özünə güvənən siyasi liderlər rəqiblərindən qorxmur, siyasi rəqiblərinə qarşı şiddət tətbiq etmir və ya onları haqsız yerə həbs etmir. Rus xalqı şəffaf və hesabatlı idarəetməni, müstəqil məhkəmə sistemini və fundamental insan haqqları olan azad söz və toplaşmaq hüquqlarını intiqam qorxusu olmadan istifadəsini dəstəkləyən bir hökumətə layiqdir. Rusiya hökumətini seçki prosesində rəqabət aparan bütün siyasi partiyalar və namizədlər üçün bərabər şərait yaratmağa çağırırıq. Aleksey Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik".

Qeyd edək ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb. Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.
Qeyd olunub ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq.
banner

Oxşar Xəbərlər