• cümə axşamı, 28 mart, 21:45
  • Baku Bakı 13°C

Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır

19.05.17 09:20 1914
Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır
Berlin Türkiyə ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır, lakinNATO-nun bir üzvünün digərinə təzyiq etməsini qəbuledilməz hesab edir.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib.
Bundan əvvəl məlum olub ki, alman deputatlarının Türkiyənin "İncirlik” hərbi bazasına səfəri ərəfəsində Ankara Almaniya XİN-nə səfərin mümkünsüz olduğunu bildirib.
Bundan sonra Almaniya kansleriAngela Merkelbəyan edib ki, Berlin Almaniya hərbi kontingentinin köçürülməsi üçün qonşu dövlətlərdə "İncirlik”ə alternativ axtaracaq.
"Biz son bir neçə həftə ərzində gərginliyi azaltmağa çalışırıq. O bizim qonşumuzdur”, - deyə o Vaçinqtonda konfrans zamanı bildirib.
Almaniyalı nazir Ankaranın qəbuledilməz şərtlər irəli sürüb. Belə ki, Qabrielin sözlərinə görə, Ankara Berlindən Almaniyada sığınacaq almış şəxslərin ekstradisiya olunmasını xahiş edib.
"Bunu qanun və konstitusiya qadağan edir.NATOüzvünün digər üzv dövlətə təzyiq göstərməsi sadəcə mümkünsüzdür”, deyə Qabriel qeyd edib və ABŞ-ın məsələnin nizamlanmasına səy göstərəcəyinə söz verdiyini bildirib.
banner

Oxşar Xəbərlər